Dövlət Neft Fondu AÇG yataqlar bloku və “Şahdəniz” yatağı üzrə gəlirləri açıqlayıb
Bakı, 6 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin ilk 5 ayı ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və “Şahdəniz” yatağı üzrə gəlirlərini açıqlayıb.
Fondan AZƏRTAC-a verilən məlumata görə, AÇG yatağından bu ilin əvvəlindən iyun ayının 1-i tarixinə 3 013 milyon ABŞ dolları, “Şahdəniz” yatağından (qaz və kondensat) isə ilin əvvəlindən 1 iyun tarixinə 935,754 milyon ABŞ dolları gəlir əldə olunub.
O cümlədən “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər hesabat dövründə 197,763 milyon ABŞ dolları təşkil edib.
Azərbaycan neftinin qiyməti dəyişməyib
Dünya birjalarında neft ucuzlaşıb
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
Dünya birjalarında neft bahalaşıb
Növbəti həftə 1 şəhər və 3 rayonda “Azəriqaz”ın “Açıq mikrofon” aksiyası keçiriləcək