×
A
A
A
Sazlamalar

Bakıda Ümumdünya Səhiyyə Təşkilatının 75 illiyinə həsr olunmuş sərgi və konsert təşkil edilib

Bakı, 6 iyun, AZƏRTAC

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 75 illiyinə həsr olunmuş sərgi və konsert təşkil edilib. Sərgidə ÜST-nin Azərbaycanda fəaliyyətinə dair fotolar nümayiş olunur.
AZƏRTAC xəbər verir ki, sərgi ilə tanış olanlar arasında ÜST-nin Avropa üzrə regional ofisinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə birgə Bakıda iyunun 5-7-də keçirdiyi tədbirin iştirakçıları da var idi. Qeyd edək ki, “Məqsədə uyğun xəstəxanalar: müasir səhiyyənin tələblərinə cavab vermək üçün keyfiyyət və davamlılığın prioritetləşdirilməsi” mövzusuna həsr olunan tədbirdə ÜST-nin Avropa regionunda, xüsusən də Şərqi Avropa və Mərkəzi Asiyadakı xəstəxanaların üzləşdiyi başlıca çağırışları müzakirə etmək üçün 200-dən çox nümayəndə iştirak edir.
Sərgi çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında ÜST-nin yubileyinə həsr olunmuş həm Avropa, həm Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı da təqdim olunub.

Səhiyyə 2023-06-06 10:47:00