“Kəpəz” klubu Nəbiyev qardaşları ilə yollarını ayırıb
Bakı, 6 iyun, AZƏRTAC
Gəncənin “Kəpəz” futbol klubunun Nəbiyev qardaşları - müdafiəçi Yusif və yarımmüdafiəçi Fərid ilə müqaviləsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onların “Kəpəz”dən ayrıldığı vurğulanıb.
Son mövsümdə 34 oyuna çıxan Yusif Nəbiyev 2 qol vurub və eyni sayda qolun ötürməsinin müəllifi olub. Futbolçu Gəncə təmsilçisini kapitan kimi də meydana çıxarıb. Çempionatda 30 oyuna çıxan Fərid Nəbiyev isə 4 dəfə fərqlənməklə 7 qolun ötürməsini edib.
Premyer Liqa: “Neftçi” səfərdə “Turan Tovuz”a qalib gəlib
“Qarabağ” azarkeşlərinə “Hekken”lə oyun üçün 1800 bilet ayrılıb
Kolin Gibson: “Qarabağ”ın bütün oyunlarını böyük maraqla izləyirəm