×
A
A
A
Sazlamalar

Haluk Görgün Türkiyənin Müdafiə Sənayesi İdarəsinə rəhbərlik edəcək

Bakı, 6 iyun, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Haluk Görgünü Müdafiə Sənayesi İdarəsinin sədri təyin edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Haluk Görgün 2018-ci ilin aprelindən ASELSAN İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Dünya 2023-06-06 02:18:00