“Borussiya” klubu Rami Bensebaynini azad agent kimi heyətinə cəlb edib
Bakı, 6 iyun, AZƏRTAC
Almaniyanın “Borussiya” futbol klubu Rami Bensebaynini azad agent kimi heyətinə cəlb edib.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, Dortmund təmsilçisi əlcəzayirli müdafiəçi ilə dördillik müqavilə bağlayıb. Tərəflər 2022-ci ildən razılıq əldə edib.
Futbolçunun son komandası “Borussiya” (Mönhenqladbax) olub.
Qeyd edək ki, Bensebayni 2022-2023-cü il mövsümündə bütün turnirlərdə 30 matçda iştirak edib, 7 qol vurub və 1 qolun ötürməsini edib.
“Qarabağ” – “Sumqayıt” oyununun stadionu dəyişdirilib
“Turan Tovuz”un kapitanı Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib
Vlad Marinesku: Bakıdakı “Böyük dəbilqə” turniri Dünya Cüdo Turunun incisidir
Azərbaycan karateçiləri beynəlxalq turnirdə beş medal qazanıblar
“Araz-Naxçıvan”ın bombardiri: Xalı oyuna yox, nəticəyə görə verirlər