×
A
A
A
Sazlamalar

Musa Avsevər Türkiyənin Baş Qərargah rəisi təyin olundu

Bakı, 5 iyun, AZƏRTAC

Türkiyənin Quru Qoşunları komandanı general Musa Avsevər Türkiyənin Baş Qərargah rəisi təyin edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb. Qeyd olunub ki, Musa Avsevər yerinə yeni təyinat olunana qədər əvvəlki vəzifəsini də davam etdirəcək.

Dünya 2023-06-05 23:42:00