×
A
A
A
Sazlamalar

Zelenski və Kleverli Ukraynanın NATO-nun Vilnüs sammitindən gözləntilərini müzakirə ediblər

Kiyev, 5 iyun, AZƏRTAC

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Böyük Britaniyanın xarici işlər naziri, birlik və inkişaf məsələləri üzrə dövlət katibi Ceyms Kleverli ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.
Görüş zamanı Zelenski və Kleverli Ukraynanın NATO-nun Vilnüs sammitindən gözləntiləri, sülh üçün Ukrayna formulunun təşviqi və onun həyata keçirilməsi üçün Qlobal Sammitin hazırlanması, Ukraynanın bərpasına dair London Beynəlxalq Konfransının keçirilməsi və digər aktual məsələləri müzakirə ediblər.
Zelenski Ukraynaya dəstəyinə görə Böyük Britaniyaya təşəkkür edib.


Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2023-06-05 20:29:00