Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir
Bakı, 5 iyun, AZƏRTAC
Bu ilin hazırlıq planına əsasən, “N” hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin iştirakı ilə növbəti təlim toplanışı keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, plana uyğun olaraq, toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyat və həkim müayinəsindən keçən hərbi vəzifəlilər hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin olunublar.
Hərbi vəzifəlilərə hərbi-vətənpərvərlik mövzusunda hazırlanmış film nümayiş etdirilib.
Mütəmadi olaraq keçirilən toplanışın əsas məqsədi hərbi vəzifəlilərin döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzun arsenalında olan müasir silah və hərbi texnika ilə yaxından tanış etmək, istismar qaydalarını öyrətməkdir.
Müdafiə Nazirliyi Xocalıda müsadirə edilən silah-sursatın görüntülərini yayıb VİDEO
Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI
Azərbaycanın Qarabağ bölgəsində mina-tələlər zərərsizləşdirilir VİDEO
Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI
Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib