Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı İtaliyada beynəlxalq müdafiə sərgisinin açılış mərasimində iştirak edib
Bakı, 5 iyun, AZƏRTAC
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov İtaliya Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı admiral Enriko Kredendinonun dəvəti ilə bu ölkəyə səfər edib.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.
Bildirilib ki, La Spezia Hərbi Dəniz Bazasında keçirilən 8-ci “Seafuture 2023” Beynəlxalq Dəniz Müdafiəsi sərgisinin açılış mərasimində iştirak edən vitse-admiral S.Bəkirov İtaliyanın müdafiə naziri Guido Crosetto ilə görüşüb, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Beynəlxalq Dəniz Müdafiəsi sərgisi 25 ölkənin Hərbi Dəniz Qüvvələrinin komandanı, 36 ölkənin nümayəndə heyəti və müxtəlif aparıcı müdafiə sənayesi şirkətlərinin rəhbərlərinin iştirakı ilə keçirilir.
Müdafiə Nazirliyi Xocalıda müsadirə edilən silah-sursatın görüntülərini yayıb VİDEO
Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI
Azərbaycanın Qarabağ bölgəsində mina-tələlər zərərsizləşdirilir VİDEO
Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI
Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib