×
A
A
A
Sazlamalar

Azərbaycanın nümayəndə heyəti BMT-nin Məskunlaşma Proqramı Assambleyasının sessiyasında iştirak edir

Bakı, 5 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin başçılıq etdiyi nümayəndə heyəti BMT-nin Məskunlaşma Proqramının Keniyanın paytaxtı Nayrobi şəhərindəki baş qərargahında keçirilən ikinci sessiyasında iştirak edir.
Bu barədə AZƏRTAC-a Komitənin mətbuat xidmətindən bildirilib.
İyunun 9-dək davam edəcək sessiyanın əsas mövzusu “İnklüziv və effektiv çoxtərəfli yanaşma vasitəsilə davamlı şəhər gələcəyi: qlobal böhranlar şəraitində davamlı inkişaf məqsədlərinə nail olmaq”dır.

İqtisadiyyat 2023-06-05 18:50:00