×
A
A
A
Sazlamalar

Naxçıvanda yeni internat tipli məktəb binası inşa olunacaq

Bakı, 5 iyun, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında yeni internat məktəbi binası inşa olunacaq.
AZƏRTAC xəbər verir ki, bu, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda əks olunub.
Proqram Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiqlənib.
Sənəddə ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərinin əhatə dairəsinin genişləndirilməsi əsas hədəf kimi müəyyənləşdirilib və icra müddəti 2023-2027-ci illər üçün nəzərdə tutulub.
Yeni internat məktəbi binasının inşası ilə bağlı layihə sənədlərinin hazırlanması Naxçıvanın Nazirlər Kabinetinə tapşırılıb. Digər icraçı qurum isə Elm və Təhsil Nazirliyidir.

Elm və təhsil 2023-06-05 18:40:00