×
A
A
A
Sazlamalar

Futbol hakimləri üçün danışılmış oyunlarla bağlı seminar keçirilib

Bakı, 5 iyun, AZƏRTAC

Salyan Olimpiya İdman Kompleksində və Mingəçevir şəhər “Gənclər evi”ndə Cənub və Şimal-Qərb regionlarının II, III və IV kateqoriya hakimləri üçün danışılmış oyunlarla bağlı seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.
Seminarda "Danışılmış oyunlar"a qarşı mübarizə mövzusunda olduqca əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb. Danışılmış oyunların yerli və beynəlxalq nümunələri seminar iştirakçılarına təqdim edilib.
İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib.

İdman 2023-06-05 18:37:00