Həndbol üzrə Azərbaycan birinciliyinin final mərhələsinə yekun vurulub
Bakı, 5 iyun, AZƏRTAC
Yeniyetmələr arasında həndbol üzrə Azərbaycan birinciliyinin final mərhələsinə yekun vurulub. “AHF Arena”da təşkil edilən yarışda 2008-2010-cu il təvəllüdlü oğlanlar və qızlar güclərini sınayıblar.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində iştirakçıları salamlayan Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin müdiri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov və Olimpiya çempionu Lyudmila Şubina onlara uğurlar arzulayıb, bu cür yarışların perspektivli həndbolçuların üzə çıxarılmasında mühüm rol oynadığını vurğulayıb.
Oğlanların yarışında daha yaxşı oyun nümayiş etdirən “Bakı-2” (2 nömrəli RİOEUGİM) qalib ayrılıb. “Bakı-1” (6 nömrəli İOEUGİM) ikinci, “Mingəçevir” üçüncü yeri tutublar.
Qızların mübarizəsində “Bakı-1” komandası bütün rəqiblərini qabaqlayıb. “Bakı-2” komandası gümüş, “Şirvan” isə bürünc medala yiyələniblər.
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə keçirilən birinciliyə dördü oğlanlardan, dördü isə qızlardan ibarət olmaqla, səkkiz komanda qatılıb.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir