×
A
A
A
Sazlamalar

Rəqəmsal inkişaf və nəqliyyat naziri Qusarda vətəndaşları qəbul edib

Bakı, 5 iyun, AZƏRTAC

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iyunun 5-də Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbulda ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri Elkiyar Ziyadov və Etibar Hüseynov da iştirak ediblər.
Görüşdən əvvəl nazir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.
Quba, Xaçmaz və Qusar rayonlarının sakinlərinin qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.
Nazir Rəşad Nəbiyev müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal müsbət həllini tapıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Regionlar 2023-06-05 18:19:00