×
A
A
A
Sazlamalar

İyunun 5-də Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb

Bakı, 5 iyun, AZƏRTAC

İyunun 5-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksin vurulmayıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 965 min 844, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 411 min 526, ikinci mərhələ üzrə 4 milyon 883 min 932, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 404 min 148, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 238-dir.

Səhiyyə 2023-06-05 16:58:00