×
A
A
A
Sazlamalar

Məktəb müəllimi: Ətraf mühiti indiki və gələcək nəsillər üçün qoruyaq

Bakı, 5 iyun, AZƏRTAC

Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar şagirdlərimizlə birgə təmizlik aksiyasında iştirak etdik. Biz daim dərs zamanı da şagirdləri ətraf mühitin qorunması barədə məlumatlandırır, müxtəlif təqdimatlar hazırlayırıq. Buradan insanlara çağırış edirik ki, indiki və gələcək nəsillər üçün ətraf mühiti və təbiəti qorusunlar, onu çirkləndirməsinlər.
Bu sözləri AZƏRTAC-a Ümumdünya Ətraf Mühit Günü ilə bağlı 269 saylı orta məktəbin müəllimi Nərgiz Məmmədli söyləyib.
O qeyd edib ki, ətraf mühitin çirkləndirilməsi ilə əlaqədar məktəbin 9-cu sinif şagirdləri layihə hazırlayıblar. “Acid rain” layihəsi turşu yağışlarının bitkilər üzərinə təsiri barədədir. Layihənin həyata keçirilməsində məqsəd bitkilərin çürüməsi, onların saralması, turşuluq səviyyəsinin az və yaxud çox olmasının səbəblərini və bu mənfi halların azaldılmasının həll yollarını tapmaqdır”, - deyə N.Məmmədli əlavə edib.

Ekologiya 2023-06-05 15:31:00