×
A
A
A
Sazlamalar

Bakıda ll Stomatoloji Xeyriyyə Konfransı keçiriləcək

Bakı, 17 iyun, AZƏRTAC
İyunun 17-də “Baku Marriott Hotel Boulevard”da “We save lives” sloqanı ilə ll Stomatoloji Xeyriyyə Konfransı keçiriləcək. Bu il xeyriyyə konfransında ilk dəfə xaricdən gələn spikerlər ortopedik stomatologiyanı əhatə edəcək mövzularla iştirakçılar qarşısında çıxış edəcəklər.
Rusiyadan, Niderlanddan və İsraildən dəvət olunmuş öz sahələrində böyük uğurlara imza atmış beynəlxalq təcrübəli həkim və diş texnikləri Rusiyadan Avrasiya Estetik Stomatologiya Assosiasiyasının Prezidenti Gadzhy Dazhaev “Keramik restavrasiyaların hazırlanmasına effektli yanaşma”, Niderlanddan “Bio mimetik laylama texnikası” nəzəriyyəsinin müəllifi Edris Rasta “Oynaqdan dişlərə qədər dinamik okkluziyanın yolu”, İsraildən təcrübəli stomatoloq Ariel Savion "Estetik reabilitasiyada ortodontiya, parodontologiya və protezləmənin qarşılıqlı inteqrasiyası" mövzularında elmi əsaslara söykənən və şəxsi təcrübəsi ilə sınaqdan keçirmiş olduqları məsləhət və tövsiyələrini iştirakçılarla bölüşəcəklər.
Konfransda xarici spikerlərin əcnəbi dildə təqdim edəcəkləri məruzələr qulaqlıqlarla birbaşa ana dilimizə peşəkar şəkildə tərcümə olunacaq.
Bu il ilk dəfə ll Stomatoloji Xeyriyyə Konfransında 16 metr x 4 metr ölçüdə geniş led ekran istifadə ediləcək ki, bununla da bütün iştirakçılar lektorların çıxışlarını yüksək keyfiyyətlə izləyə biləcəklər.
On yeddi sərgi iştirakçısı, 9 tərəfdaş şirkətin iştirakı və “Voxel” şirkətinin baş sponsorluğu ilə baş tutacaq konfransda 350 iştirakçının qeydiyyata alınması nəzərdə tutulub.
Konfransın iyunun 17-də saat 08:00-dan 19:00-dək davam etməyi planlaşdırılır.
II Stomatoloji Xeyriyyə Konfransında panel müzakirə təcrübəli moderatorlar Aslan Məmmədov və Orxan Əliyev tərəfindən idarə ediləcək.

Səhiyyə 2023-06-05 15:03:00