Kursk şəhərində İnformasiya Texnologiyaları İnstitutunun həmtəşkilatçılığı ilə konfrans keçiriləcək
Bakı, 5 iyun, AZƏRTAC
Sentyabrın 12-15-də Rusiyanın Kursk şəhərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun həmtəşkilatçılığı ilə “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular - Tanıma-2023” (Raspoznavaniye-2023) XVII beynəlxalq elmi-texniki konfransı keçiriləcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, beynəlxalq konfransın plenar iclasında “IV Sənaye İnqilabının texnoloji çağırışları kontekstində kibertəhlükələr və onların intellektual analizi problemləri” adlı elmi məruzə təqdim ediləcək.
Tədbir Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyinin rəhbərliyi altında Rusiya Elmlər Akademiyası (REA) “İnformatika və idarəetmə” Federal Tədqiqat Mərkəzi, REA Rəyasət Heyəti yanında Təsvirlərin Analizi və Obrazların Tanınması üzrə Milli Komitə, İnformasiya Texnologiyaları İnstitutu, REA-nın A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutu, Belarus Dövlət Universiteti, Milli Tədqiqat Tomsk Dövlət Universiteti, “REA-nın Kareliya Elmi Mərkəzi” Federal Tədqiqat Mərkəzi, Oş Dövlət Universiteti və Cənub-Qərb Dövlət Universiteti tərəfindən təşkil edilir.
Artıq 7-ci ildir ki, institutun həmtəşkilatçılığı ilə keçirilən beynəlxalq konfransın əsas istiqamətlərinə təsvirlərin riyazi emalı, analizi, tanınması nəzəriyyəsi, maşın sistemlərinin layihələndirilməsi və təhlili, ixtisaslaşdırılmış hesablama cihazları, paralel və paylanmış hesablamalar, optoelektron sistemlərin tətbiqi ilə istehsal proseslərinin avtomatlaşdırılması və s. daxildir.
Süni intellekt texnologiyalarının iqtisadiyyata transformasiyası problemləri tədqiq olunur
Kvant mexanizmi ilə beyin funksiyalarını sərgiləyən süni zəka modeli yaradılıb
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
Kibertəhlükəsizlikdə sıçrayış: yeni şifrələmə sistemi kompüteri casus proqramlarından qoruyur
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib