×
A
A
A
Sazlamalar

Azərbaycanlı həkimə beynəlxalq konqresdə təşəkkür məktubu təqdim olunub

Bakı, 5 iyun, AZƏRTAC

Astana şəhərində VIII Avrasiya Dermatologiya, Kosmetologiya və Estetik Təbabət Konqresi keçirilib. Qazaxıstan Dermatoveneroloqlar və Dermatokosmetoloqlar Assosiasiyasının keçirdiyi konqresdə 11 ölkədən 45 xarici məruzəçi iştirak edib. Ümumilikdə həm xarici natiqlərin, həm də Qazaxıstan alimlərinin müasir dermatovenerologiya və estetik təbabətin əsas aspektlərinə həsr olunmuş 139 məruzəsi dinlənilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizi konqresdə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dəri-zöhrəvi xəstəliklər kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru Sənan Kərimov təmsil edib.
Onun məruzəsi maraqla qarşılanıb və uzun illər əməkdaşlığa və Avrasiya konqresinin işində fəal iştirakına görə Astana Tibb Universitetinin rektoru, professor N.Kadırovun təşəkkür məktubu təqdim olunub.

 

 

Səhiyyə 2023-06-05 14:41:00