İmişlidə Araz çayının sahili tullantılardan təmizlənib
İmişli, 5 iyun, Aydın Yavərzadə, AZƏRTAC
5 İyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar İmişli rayonunda iməcilik təşkil olunub. Araz çayının İmişlidən keçən hissəsində sahil ərazi tullantılardan təmizlənib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iməcilik Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşib. “Plastik çirklənməyə qalib gəl: Ekosistemin bərpası” şüarına uyğun olaraq Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində təşkil olunan iməciliyə 300-dən çox insan qoşulub. Sahil boyunca çayın kənarlarındakı plastik əşyalar və digər tullantılar yığılıb.
Şirvanda şəhid Asif Qəribovun xatirəsi anılıb
Sabahdan Bakıda arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayır
Şəhid olan hərbi qulluqçumuz Qusarda dəfn edilib
Yardımlıda avtomobildən külli miqdarda narkotik vasitə aşkarlanıb
Xankəndiyə 7 təcili tibbi yardım avtomobili göndərilir VİDEO