×
A
A
A
Sazlamalar

İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 44 min 632 ipoteka krediti verilib

Bakı, 5 iyun, AZƏRTAC

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
İKZF-dən AZƏRTAC-a bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 44 min 632 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 621 milyon 581 min 341 manatdır.

Maliyyə 2023-06-05 14:21:00