×
A
A
A
Sazlamalar

Roma Papasının Ukrayna münaqişəsinin nizamlanması üzrə elçisi Kiyevə səfər edəcək

Bakı, 5 iyun, AZƏRTAC

İtaliyalı kardinal, İtaliya yepiskopları konfransının rəhbəri Matteo Cuppi Roma Papasının elçisi kimi Kiyevə gələcək.
AZƏRTAC xəbər verir ki, “Müqəddəs taxtın” mətbuat xidmətinin məlumatına görə, xüsusi elçi böhranın həlli yollarını müzakirə etmək üçün iyunun 5-6-da Ukraynada olacaq. Onun görüşlərinin proqramı açıqlanmır.
“Bolonya arxiyepiskopu kardinal Matteo Mariya Cuppi iyunun 5-6-da Roma Papası Fransiskin elçisi kimi Kiyevə səfər edəcək. Bu təşəbbüsün məqsədi ədalətli sülhün yolları barədə Ukrayna hakimiyyətini diqqətlə dinləmək və gərginliyin azalmasına səbəb olacaq humanitar səyləri dəstəkləməkdir”, - deyə məlumatda bildirilir.
Rusiya mediasında yayılan məlumata görə, papanın elçisinin Moskvaya da səfəri planlaşdırılır.

Dünya 2023-06-05 13:18:00