Şabran sakininin təsərrüfatında ağ camış balası doğulub
Şabran, 5 iyun, Elxan Yusifli, AZƏRTAC
Uzun illərdir heyvandarlıqla məşğul olan Şabran sakininin təsərrüfatında ağ camış balası doğulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Hacıqarqaşlı kəndində yaşayan Sehran Əliyev təsərrüfatında iki camış və inək saxlayır. Ötən gün camışlardan birinin balası doğulub. Amma doğulan bala təsərrüfatçını təəccübləndirib. 20 ildən çoxdur camış saxlayan S.Əliyev ilk dəfə camışın ağ bala doğduğunun şahidi olub.
Təsərrüfatçı bildirib ki, yeni doğulan bala ilk günündə normal qidalanıb.
Şabran rayonunda bundan əvvəl belə hadisə 5 il əvvəl Əmirxanlı kəndində qeydə alınıb.
Keçmiş sovet dövründə Azərbaycan camışı ölkəmizin “qara mirvari”si adlandırılmaqla, Cənubi Qafqazda olan camışların 70 faizini təşkil edirdi. Bu cins camışlar arasında nadir hallarda ağ rəngli camışlar doğulur. Bu heyvanları “albinos” camışlar adlandırırlar. Albinos camışlar çox yaşamır və nəsil vermir.
Şabran Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki rayondakı təsərrüfatlarda, ümumilikdə, min başa yaxın camış saxlanılır.
Ağdam Dövlət Dram Teatrı 100-cü mövsümü “Dərs” tamaşası ilə açıb
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin XI sessiyasının ilk iclası keçirilib
Səyyar “ASAN xidmət” avtobusu Yevlaxda
“Zaqatala AGRO İndustry” MMC-nin emal məntəqəsində indiyədək 251,5 ton quru tütün istehsal edilib