×
A
A
A
Sazlamalar

Türkiyə ticarət gəmilərinin Qara dəniz boğazlarından keçid haqqını artırır

Bakı, 5 iyun, AZƏRTAC

Türkiyə Montrö Konvensiyası əsasında ticarət gəmilərin Qara dəniz boğazları (Bosfor və Dardanel) zonasından keçid rüsumlarını iyul ayından etibarən 8,3 faiz artıracaq.
AZƏRTAC xəbər verir ki, Türkiyə Nəqliyyat Nazirliyinin dəniz məsələləri üzrə baş idarəsinin məlumatına görə, iyulun 1-dən gəmilərin Qara dəniz boğazlarından keçid haqqı 4,42 dollar təşkil edəcək. Bu il gəmilərdən alınan rüsum ölkəyə ümumilikdə 900 milyon dollara qədər gəlir gətirə bilər. Ötən il həmin göstərici 160-170 milyon dollar olub.
Bosfor və Dardaneldə gəmiçiliyi tənzimləyən Montrö Konvensiyasına görə, boğazlarından keçən gəmilərdən tibbi nəzarət, mayak və təxliyə xidmətlərinə görə rüsum alınır. Konvensiyanın İmzalandığı 1936-cı ildə rüsumun məbləği həmin vaxt 0,8 dollara bərabər olan qızıl frankın dəyəri əsasında hesablanıb. Bu məbləğ 1983-cü ildən 2022-ci ilə qədər dəyişməz qalıb və yalnız ötən ilin oktyabrında artırılaraq 4,08 dollara qaldırılıb.



 

 

Dünya 2023-06-05 12:40:00