Qatardan avtomobil yağları və filtrlər oğurlayan şəxs saxlanılıb
Xaçmaz, 5 iyun, Elxan Yusifli, AZƏRTAC
Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ərazidən keçən qatarın tərkibindəki platforma vaqonundan ayrı-ayrı qablarda, ümumilikdə, 20 ədəd avtomobil yağı və 30 ədəd yağ filtri oğurlamaqda şübhəli bilinən rayon sakinini saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, saxlanılan şəxs rayonun Ləcət kənd sakini Sergey Atamanenkodur.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Ağdam Dövlət Dram Teatrı 100-cü mövsümü “Dərs” tamaşası ilə açıb
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin XI sessiyasının ilk iclası keçirilib
Səyyar “ASAN xidmət” avtobusu Yevlaxda
“Zaqatala AGRO İndustry” MMC-nin emal məntəqəsində indiyədək 251,5 ton quru tütün istehsal edilib