Göygöldə ekoloji aksiya: Gəncə çayının sahilləri tullantılardan təmizlənib
Göygöl, 5 iyun, Elcan Məmmədov, AZƏRTAC
5 İyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən respublika ərazisində çay sahillərinin tullantılardan təmizlənməsi ilə əlaqədar ekoloji aksiya keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Göygöl rayonunun ərazisindən keçən Gəncə çayının sağ və sol sahillərində keçirilən aksiyada, ümumilikdə, 180 nəfər iştirak edib. Gəncə çayının sağ və sol sahilləri boyunca ərazilər tullantılardan təmizlənib, toplanan təxminən 380 kiloqram tullantı polietilen torbalara toplanaraq Göygöl MKTİB-nə məxsus nəqliyyat vasitəsilə ərazidən daşınıb.
Ağdam Dövlət Dram Teatrı 100-cü mövsümü “Dərs” tamaşası ilə açıb
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin XI sessiyasının ilk iclası keçirilib
Səyyar “ASAN xidmət” avtobusu Yevlaxda
“Zaqatala AGRO İndustry” MMC-nin emal məntəqəsində indiyədək 251,5 ton quru tütün istehsal edilib