×
A
A
A
Sazlamalar

Türkiyə Prezidenti Bakıda taekvondo üzrə dünya çempionatında medal qazanan milli idmançıları təbrik edib

Bakı, 5 iyun, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən taekvondo üzrə 26-cı dünya çempionatına 3 qızıl və 3 bürünc medal qazanan milli idmançıları təbrik edib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı sosial media hesablarında paylaşım edən Türkiyə Prezident qadın və kişilərdən ibarət Türkiyə Taekvondo Milli komandalarına təşəkkürünü bildirib.
Paylaşımda qızıl və bürünc medal qazanan idmançıların adları və şəkilləri də yer alıb.

Dünya 2023-06-05 04:52:00