×
A
A
A
Sazlamalar

Nigeriyada iki sərnişin avtobusu toqquşub, 18 nəfər ölüb

Bakı, 5 iyun, AZƏRTC

Nigeriyanın Kano əyalətində iki sərnişin avtobusunun toqquşması nəticəsində 18 nəfər ölüb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Milli Yol Təhlükəsizliyi Kano Dövlət Koordinatoru İbrahim Sallau Abdullahi açıqlama yayıb.
Onun sözlərinə görə, qəzada 18 nəfər həyatını itirib, 12 nəfər yaralanıb.
Yaralıların yaxın xəstəxanalara aparıldığını qeyd edən Abdullahi ölənlərin sayının artmasından narahat olduğunu və qəza ilə bağlı araşdırmalara başlanıldığını bildirib.

Dünya 2023-06-05 05:36:00