Kadırov çeçen döyüşçülərini Belqorod vilayətinə göndərməyə hazır olduğunu açıqlayıb
Bakı, 5 iyun, AZƏRTAC
Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Ukraynanın təxribat və kəşfiyyat qruplarını məhv etmək üçün Belqorod vilayətinə çeçen bölmələrinin göndərilməsini təklif edib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə o, özünün Telegram kanalında yazıb.
“Əlbəttə, Ali Baş Komandan daha yaxşı bilir. Amma sizə xatırlatmaq istərdim ki, Belqorod vilayətini işğal edən terrorçularla çeçen bölmələrinin qüvvələri mübarizə apara bilər", - deyə Kadırov bildirib.
Onun sözlərinə görə, çeçen döyüşçüləri mülki əhali və infrastruktura heç bir zərər vurmadan təxribatçıları məhv etmək gücünə malikdir.
"Ümumilikdə güc və hərbi strukturların batalyon və alaylarında çeçen döyüşçülərinin sayı 70 mini ötür. Bu, üç ordudur! Bütün bölmələr Rusiya Xüsusi Təyinatlı Qüvvələrində təlim keçib, ən son texnologiya və silahlarla təchiz olunub. Dövlətimizin və vətəndaşlarımızın müdafiəsi naminə Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə hazırıq”, - deyə Kadırov əlavə edib.
“Abrams” tanklarının ilk partiyası Ukraynaya vaxtından əvvəl çatdırılıb
Fransada ultra sağçılar yenidən senata qayıdıblar
Dmitri Peskov: Hazırda Putinin Qərb mediasına müsahibə verməsi məqsədəuyğun deyil
Tacikistan və Qırğızıstan sərhəd mövzusunda sərt bəyanatlardan çəkinmək barədə razılaşıb
“Tesla” insanabənzər robotun son versiyasını nümayiş etdirib