Vaşinqtonda “partlayış” çaxnaşması
Bakı, 5 iyun, AZƏRTAC
ABŞ-ın paytaxtı Vaşinqton və ətraf ştatlarda eşidilən yüksək səs partlayış qorxusu ilə panikaya səbəb olub.
AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, Virciniya, Vaşinqton və Merilend ştatlarının bir çox sakini güclü partlayışın baş verdiyini düşünərək polisə müraciət edib.
Səlahiyyətlilərin uzun müddət cavab verməməsi şübhələri daha da artırıb. Hadisədən 45 dəqiqə sonra Merilend ştatının Annapolis bölgəsinin polis şöbəsi açıqlama yayaraq partlayış ehtimalı yaradan güclü səsin reaktiv təyyarənin səs həddini aşan bir məşq nəticəsində yarandığını bildirib.
“Abrams” tanklarının ilk partiyası Ukraynaya vaxtından əvvəl çatdırılıb
Fransada ultra sağçılar yenidən senata qayıdıblar
Dmitri Peskov: Hazırda Putinin Qərb mediasına müsahibə verməsi məqsədəuyğun deyil
Tacikistan və Qırğızıstan sərhəd mövzusunda sərt bəyanatlardan çəkinmək barədə razılaşıb
“Tesla” insanabənzər robotun son versiyasını nümayiş etdirib