Pakistanın Baş naziri Ərdoğanı Strateji Əməkdaşlıq Şurasının Toplantısına dəvət edib
Bakı, 5 iyun, AZƏRTAC
Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanı paytaxtı İslamabadda keçirilməsi planlaşdırılan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci Toplantısına dəvət edib.
AZƏRTAC Anadolu agentliyinə istinadla məlumat verir ki, Pakistanın Baş naziri bu təklifi Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlaması mərasimində iştirak edərkən səsləndirib.
Şahbaz Şərif Ərdoğanın uzaqgörən liderliyini yüksək qiymətləndirib və Türkiyənin son 20 ildə hər sahədə atdığı addımların ən diqqətçəkən uğur nümunələri olduğunu bildirib.
O, Rəcəb Tayyib Ərdoğana regional sülhün təşviqi istiqamətində göstərdiyi səylərə, diplomatiya və dialoqa sadiqliyinə görə təşəkkür edib.
“Abrams” tanklarının ilk partiyası Ukraynaya vaxtından əvvəl çatdırılıb
Fransada ultra sağçılar yenidən senata qayıdıblar
Dmitri Peskov: Hazırda Putinin Qərb mediasına müsahibə verməsi məqsədəuyğun deyil
Tacikistan və Qırğızıstan sərhəd mövzusunda sərt bəyanatlardan çəkinmək barədə razılaşıb
“Tesla” insanabənzər robotun son versiyasını nümayiş etdirib