×
A
A
A
Sazlamalar

Səudiyyə Ərəbistanı neft hasilatını bir ay ərzində sutkada 1 milyon barel azaldacaq

Bakı, 4 iyun, AZƏRTAC

Səudiyyə Ərəbistanı iyul ayından etibarən bir ay ərzində neft hasilatını daha da 1 milyon barel azaldacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mətbuat Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, əlavə neft hasilatının azaldılması müddəti uzadıla bilər.
Könüllü əlavə hasilatın azaldılması neft bazarlarında sabitliyi və tarazlığı qorumaq üçün OPEC+ ölkələrinin gördüyü ehtiyat tədbirlərini gücləndirmək məqsədi daşıyır.

Dünya 2023-06-04 23:44:00