×
A
A
A
Sazlamalar

Faktiki hava: Bəzi rayonlarda şimşək çaxıb, leysan xarakterli yağış yağıb

Bakı, 4 iyun, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 4-ü saat 21:00-a olan məlumatına əsasən Ceyrançöl, Daşkəsən, Gədəbəy, Quba, Göygöl, Ağdam, Tovuz, Ağstafa, Yevlax, Gəncə, Şəmkir, Qrız, Quba, Qusar, Tərtər, Naxçıvanda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildirilib ki, Quba rayonunun Qudyalçay-Qımıl məntəqəsinə saat 20:28-20:32 radələrində xırda dənəli dolu düşüb.
Çaylarda nisbətən sabit sululuq müşahidə olunub.

Ekologiya 2023-06-04 23:09:00