“Qusar” klubu AFFA Region Liqasının qalibi olub
Bakı, 4 iyun, AZƏRTAC
AFFA-nın təşkil etdiyi futbol üzrə Region Liqasının 2022/2023-cü il mövsümünə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, iyunun 4-də Tovuz şəhər stadionunda keçirilmiş final qarşılaşmasında “Çinar-Zəngilan” və “Qusar” komandaları üz-üzə gəliblər.
Həlledici oyunda rəqibi üzərində 2:0 hesablı qələbə qazanan “Qusar” AFFA Region Liqasının 2022/2023-cü il mövsümünün qalibi olub.
Final oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunub. Əvvəlcə final oyununun hakimlərinə diplom və xatirə hədiyyələri verilib. “Qusar” komandasının üzvü Eşqin Tağıyev 24 qolla ən məhsuldar oyunçu olub. Çempion komandanın digər üzvü Tural Cəlilov isə mövsümün ən yaxşı oyunçusu seçilib. Daha sonra müvafiq olaraq, ikinci yerin sahibi “Çinar-Zəngilan” və qalib “Qusar” komandasına medallar və kubok təqdim edilib.
Mükafatları AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov və AFFA-nın baş katibi Sərxan Hacıyev təqdim ediblər.
“Qarabağ” – “Sumqayıt” oyununun stadionu dəyişdirilib
“Turan Tovuz”un kapitanı Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib
Vlad Marinesku: Bakıdakı “Böyük dəbilqə” turniri Dünya Cüdo Turunun incisidir
Azərbaycan karateçiləri beynəlxalq turnirdə beş medal qazanıblar
“Araz-Naxçıvan”ın bombardiri: Xalı oyuna yox, nəticəyə görə verirlər