Qətər əmiri ilk dəfə Özbəkistana səfər edəcək
Bakı, 4 iyun, AZƏRTAC
Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani iyunun 5-də Özbəkistana dövlət səfərinə gələcək. Səfər zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə siyasi əlaqələrin inkişafı və investisiya layihələrinin həyata keçirilməsi məsələlərini müzakirə edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
"Özbəkistan-Qətər çoxşaxəli əlaqələrin daha da inkişaf etdirilməsi məsələlərinə baxılacaq. Söhbət, ilk növbədə, fəal siyasi təmasların və mədəni-humanitar mübadilənin davam etdirilməsi, energetika, qaz-kimya sənayesi, kənd təsərrüfatı, infrastruktur sahələrində iri investisiya layihələrinin həyata keçirilməsindən gedir”, - məlumatda deyilir.
Dövlət başçıları, həmçinin beynəlxalq siyasətin aktual məsələlərini və regional gündəliyi müzakirə edəcəklər.
İclasın yekunu olaraq bir sıra sənədlərin imzalanması gözlənilir.
Qeyd edək ki, Qətər Əmirinin Özbəkistana səfəri iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyində ilkdir.
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır