×
A
A
A
Sazlamalar

Qusarda iki maşın toqquşub, ölən və xəsarət alanlar var

Qusar, 4 iyun, Elxan Yusifli, AZƏRTAC

Qusar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Çiləgir kəndi ərazisində qeydə alınıb. “Vaz 2106” və “Vaz 2107” markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib, iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2023-06-04 12:52:00