Energetika naziri “OPEC+” nazirlərinin görüşündə iştirak edəcək
Bakı, 4 iyun, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qaysın dəvəti ilə Avstriyada səfərdədir.
Bu barədə AZƏRTAC-a Energetika Nazirliyindən məlumat verilib. Bildirilib ki, Pərviz Şahbazov iyunun 4-də Vyana şəhərində keçiriləcək OPEC və qeyri-OPEC ölkələrinin 35-ci nazirlər iclasında iştirak edəcək. İclas çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir