×
A
A
A
Sazlamalar

Somalidə bazaya hücum nəticəsində 50-dən çox əsgər ölüb

Bakı, 4 iyun, AZƏRTAC

Radikal “Əl-Şəbab” qruplaşmasının silahlılarının Afrika İttifaqının Keçid Missiyasının (AİKM) Somalidəki hərbi bazasına hücumu nəticəsində 54 Uqanda əsgəri ölüb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Uqanda Prezidenti Yoveri Museveni bildirib.
Parlament üzvlərinə Somalidəki insidentlə bağlı məlumat verdiyini deyən dövlət başçısı qeyd edib: “Əsgərlərimiz yenidən qruplaşıblar və nəticədə baza geri alınıb. Biz həlak olan 54 əsgərin meyitini aşkar etmişik”.

Dünya 2023-06-04 07:36:00