×
A
A
A
Sazlamalar

Futbol üzrə Almaniya kubokunun qalibi “Leyptsiq” olub

Bakı, 4 iyun, AZƏRTAC

İyunun 3-də futbol üzrə Almaniya kubokunun qalibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, həlledici qarşılaşmada “Leyptsiq” və “Ayntraxt” klubları üz-üzə gəlib.
Matç “Leyptsiq”in 2:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda qolları 71-ci dəqiqədə Kristofer Nkunku və 85-ci dəqiqədə Dominik Soboslay vurublar.
Qeyd edək ki, bu, “Leyptsiq”in Almaniya kubokunda ikinci zəfəridir.

İdman 2023-06-04 01:13:00