×
A
A
A
Sazlamalar

RAGB fəalları Moskvada uşaqlara Azərbaycanın xalq nağıllarını oxuyublar

Moskva, 3 iyun, AZƏRTAC

Moskva Etnoqrafiya Kitabxanasında Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəalları uşaqlara Azərbaycanın xalq nağılları oxuyublar.
AZƏRTAC xəbər verir ki, görüş Uşaqların Beynəlxalq Müdafiəsi Günü tədbirləri çərçivəsində keçirilib.
RAGB-nin fəalları balaca qonaqlara Azərbaycanın xalq nağılları kitabçaları hədiyyə ediblər. Kitabçadakı illüstrasiyalar təşkilatın fəxri sədri Leyla Əliyevaya məxsusdur.
Tədbirin qonaqları animatorlarla əylənib, Azərbaycanın milli şirniyyatlarının dadına baxıb, eləcə də milli musiqi alətlərindən və dulusçuluq-oyma məmulatlarından ibarət ekspozisiyaya tamaşa etmək fürsəti qazanıblar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Cəmiyyət 2023-06-03 23:31:00