Bərdədə qardaşının həyat yoldaşına və öz anasına bıçaqla xəsarət yetirən şəxs saxlanılıb
Bakı, 3 iyun, AZƏRTAC
Bərdə rayonunun Güloğlular kəndi ərazisində qardaşının həyat yoldaşına və öz anasına bıçaqla xəsarət yetirən şəxs barəsində rayon polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Hacıbala İsayev saxlanılıb.
İlkin məlumata görə, cinayət hadisəsi ailə münaqişəsi zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO