×
A
A
A
Sazlamalar

“Mançester Siti” İngiltərə kubokunun qalibi olub

Bakı, 3 iyun, AZƏRTAC

İyunun 3-də futbol üzrə İngiltərə kubokunun (FA Cup) qalibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, finalda Mançester şəhərinin iki təmsilçisi – “Mançester Siti” ilə “Mançester Yunayted” klubları üz-üzə gəliblər.
Görüş Pep Quardiolanın yetirmələrinin xeyrinə başa çatıb - 2:1. Oyunda qolları İlkay Gündoğan (2, “Mançester Siti”) və Bruno Fernandeş (“Mançester Yunayted”) vurublar.

İdman 2023-06-03 20:55:00