×
A
A
A
Sazlamalar

İyunun 3-də Azərbaycanda COVID-19 əleyhinə 68 doza vaksin vurulub

Bakı, 3 iyun, AZƏRTAC
İyunun 3-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 68 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 18, ikinci doza vaksinlərin sayı 32, üç və daha çox doza vaksinlərin sayı 18, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 0-dır.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 965 min 826, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 411 min 525, ikinci mərhələ üzrə 4 milyon 883 min 928, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 404 min 136, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 237-dir.

Səhiyyə 2023-06-03 19:50:00