Azərbaycan kuboku: “Neftçi” - “Qəbələ” oyunu başlayıb
Bakı, 3 iyun, AZƏRTAC
Futbol üzrə Azərbaycan kuboku yarışlarının final oyunu başlayıb.
AZƏRTAC xəbər verir ki, “Bakcell Arena”da keçirilən həlledici görüşdə "Neftçi" və "Qəbələ" komandaları qarşılaşırlar.
“Neftçi”nin start heyətində İvan Brkiç, Emin Mahmudov, Eddi İsrafilov, Ömər Buludov, İsmayıl Zülfüqarlı, Voyislav Stankoviç, Solomon Kverkveliya, Kenni Sayef, Ataa Caber, Kilan Lebon və Mateus Saldanya yer alıblar.
“Qəbələ”nin heyətində isə meydana Kristof Atanqana, İlkin Qırtımov, Məqsəd İsayev, Murad Musayev, Emil Səfərov, Ramon Maçado, Ruan Renato, İsnik Alimi, Rafael Utziq, Felipe Santos və Əyyub Allaş çıxıblar.
Qarşılaşmanın baş hakimi İnqilab Məmmədovdur. Ona Kamran Bayramov və Vüsal Məmmədov köməklik göstərirlər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirir. Əliyar Ağayev VAR hakimi, Akif Əmirəli onun köməkçisi qismində təyinat alıb. Barış Şimşek hakim-inspektor, Seymur Səlimli isə AFFA nümayəndəsidir.
Beynəlxalq Atletlər Forumunun birinci gününə yekun vurulub
Futbol üzrə Azərbaycan çempionatının VIII turuna yekun vurulub
Türkiyə Superliqası: “Fənərbağça” qələbə seriyasını darmadağınla davam etdirib
Elnur Məmmədov: Ölkə rəhbərliyi Azərbaycanda milli idman növlərinin inkişafına xüsusi diqqət yetirir