Ölkəmiz Anqolada mədəniyyət festivalında təmsil olunub
Bakı, 3 iyun, AZƏRTAC
Afrika günü münasibətilə Anqolanın Luanda şəhərində keçirilən mədəniyyət festivalında ölkəmizi Anqolada yaşayan azərbaycanlılar Asya Nəcəfova və Şahmir Sofiyev təmsil edib.
Bu barədə AZƏRTAC-a Nigeriyada fəaliyyət göstərən “Azərbaycanın Dostları” Təşkilatının təsisçisi, həmçinin stendimizin dəstəkçisi Anqolada yaşayan Billurə Bayramova-Bernardın məlumat verib.
Onun sözlərinə görə, festival Anqolada yaşayan müxtəlif icmaların öz ölkələrini təmsil və təbliğ etmək, tarixləri, mədəniyyətləri və milli mətbəx nümunələri barədə məlumatları yerli ictimaiyyətlə paylaşmaq məqsədilə təşkil edilib.
Bildirilib ki, Azərbaycan guşəsində festivalın qonaqlarını milli geyimdə təşkilatçılar və icma üzvləri qarşılayıblar. Qonaqlara ölkəmizin qədim tarixi və zəngin mədəniyyəti barədə ətraflı məlumat verilib, onlara müxtəlif ingilis dilində tərcümə edilmiş Azərbaycan xalçaları, milli geyimlərini və məşhur fotoqraf Reza Deqatinin ölkəmizlə bağlı fotolarını əks etdirən kitablar təqdim edilib.
Qeyd edək ki, tədbirdə Anqolanın rəsmi şəxsləri, müxtəlif ölkələrin səfirləri və Luanda şəhərində yerləşən məşhur şirkətlərin nümayəndələri ziyarət ediblər.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir