×
A
A
A
Sazlamalar

DİM bugünkü imtahanlarda istifadə olunan test tapşırıqlarının düzgün cavablarını təqdim edib

Bakı, 3 iyun, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul olmaq üçün IV ixtisas qrupu (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə iyunun 3-də keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavablarını təqdim edib.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahan nəticələri yaxın iki həftə ərzində elan olunacaq. Qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları DİM-in saytında yerləşdirilib.

Elm və təhsil 2023-06-03 17:05:00