×
A
A
A
Sazlamalar

Misirlə sərhəddə İsrailin 3 əsgəri öldürülüb

Bakı, 3 iyun, AZƏRTAC
İsrailin Müdafiə Nazirliyi Misirlə sərhəddə baş verən silahlı atışmada iki israilli əsgərin öldürülməsi, bir zabitin isə yaralanması barədə məlumat yayıb.
AZƏRTAC “The Jerusalem Post” qəzetinə istinadla xəbər verir ki, israilli əsgərlərə hücum edən terrorçu da öldürülüb. Həlak olan israilli əsgərlərdən biri qadındır. Terror təhlükəsinə qarşı səfərbər olan İsrail ordusu sərhəd zonasında nəzarəti gücləndirib. Müdafiə naziri Yoav Qallant və İsrail Müdafiə Qüvvələrinin komandanı general Herzi Halevi insidentlə əlaqədar təcili müşavirə keçiriblər. Onlar vəziyyətlə bağlı İsrailin Baş naziri Benyamin Netanyahuya məlumat veriblər.
Misir tərəfi sərhəddə baş verən insidentlə bağlı məlumat verməyib. Bu ölkənin ordusu 12 ildir ki, İsraillə sərhəddə - Sinay yarımadasının şimalında terrorçulara qarşı hərbi əməliyyatlar aparır.
Xatırladaq ki, Misir 1978-ci il Kemp-Devid razılaşmasından sonra İsraillə sülh bağlayan ilk ərəb ölkəsidir və bəzən narkotik qaçaqmalçıları ilə İsrail əsgərləri arasında silahlı atışmalar olsa da, iki ölkənin sərhədində vəziyyət sabitdir.

Dünya 2023-06-03 16:38:00