Türkiyə NATO-nun xahişi ilə Kosovoya komando taboru göndərəcək
Bakı, 3 iyun, AZƏRTAC
Türkiyə NATO-nun xahişi ilə iyunun 5-dək Kosovoya xüsusi təyinatlı qüvvələr taboru göndərəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
“Kosovodakı hadisələrdən sonra NATO-nun Neapol şəhərindəki Müştərək Qüvvət Komandanlığının xahişi ilə 65-ci piyada briqadasının komando taboru ehtiyat qüvvə kimi regiona göndəriləcək. Həmin taborun iyunun 5-dək Kosovoda “Sultan Murad” kazarmasına yerləşdiriləcəyi planlaşdırılır”, - deyə məlumatda bildirilir.
Mayın 26-da Kosovonun Metohiya vilayəti ərazisində yerləşən Zveçan, Zubin-Potok və Leposaviç şəhərlərində keçirilən seçkilərdən sonra regionda vəziyyət gərginləşib. Seçkilərdə qələbə qazanan alban bələdiyyə sədrlərinin fəaliyyətini təmin etməyə çalışan Kosovo polisi ilə serblər arasında baş verən toqquşmalar nəticəsində 50-dən çox etirazçı yaralanıb. Həmçinin gərginliyin azalması üçün bölgəyə cəlb olunan NATO-nun rəhbərlik etdiyi Beynəlxalq Təhlükəsizlik Qüvvələrinin (KFOR) təxminən 40 hərbçisi xəsarət alıb.
Serbiya Prezidenti Aleksandar Vuçiçin əmri ilə Serbiya Silahlı Qüvvələri yüksək hərbi hazırlıq vəziyyətinə gətirilib. Belqrada bağlı ordu birləşmələri Kosovo ilə sərhəd boyu yerləşdirilib. Kosovonun Baş naziri Albin Kurti Belqradı iğtişaşların təşkilində günahlandırıb.
Qocalmanı yavaşladan dərman tapılıb - ARAŞDIRMA
Böyük Britaniya vətəndaşlarını İsraildən çıxarır
Papa Leo: Şəxsi həyat istənilən alqoritmdən daha üstündür
Diabet dərmanı miqrenə qarşı ümidverici nəticələr göstərib - ARAŞDIRMA
Ciorcia Meloni müxtəlif ölkələrin liderləri ilə Yaxın Şərqdəki böhranla bağlı müzakirələr aparıb