Kosovonun şimalında serblərin etiraz aksiyaları davam edir
Bakı, 3 iyun, AZƏRTAC
Metohiya vilayəti ərazisində yerləşən Zveçan şəhərində yaşayan serblər yenidən etiraz aksiyası keçirib.
AZƏRTAC xəbər verir ki, etirazçılar Kosovonun xüsusi təyinatlı qüvvələrinin regiondan çıxarılmasını və yeni seçilən alban bələdiyyə sədrlərinin istefasını tələb edirlər. Nümayişlər Beynəlxalq Təhlükəsizlik Qüvvələrinin (KFOR) müşayiəti ilə keçirilib.
Mayın 26-da Kosovo polisi Metohiya vilayəti ərazisində yerləşən Zveçan, Zubin-Potok və Leposaviç bələdiyyələrinin binalarını nəzarətə götürdükdən sonra bölgədə vəziyyət gərginləşib. Seçkilərdə qələbə qazanan alban bələdiyyə sədrlərinin fəaliyyətini təmin etməyə çalışan polis əməkdaşları serblərin müqaviməti ilə qarşılaşıb. Baş verən toqquşmalarda 80-dən çox insan xəsarət alıb. KFOR hərbçilərindən də yaralananlar olub.
Serbiya Prezidenti Aleksandar Vuçiçin əmri ilə Serbiya Silahlı Qüvvələri yüksək hərbi hazırlıq vəziyyətinə gətirilib. Kosovonun Baş naziri Albin Kurti Belqradı iğtişaşların təşkilində günahlandırıb.
“Mitsubishi” Çindəki istehsalını dayandırmağı planlaşdırır
İtaliyaya gələn azyaşlı miqrantlar yaşlarını gizlədəcəkləri təqdirdə deportasiya ediləcək
Berlin və Təl-Əviv Almaniyaya “Arrow 3” komplekslərinin tədarükü ilə bağlı müqavilə imzalayacaq
Tramp Baydeni Amerika avtomobil sənayesinin çöküşündə ittiham edib
“Aeroflot” qrupuna aid şirkətlərin bron sistemində qlobal nasazlıq yaranıb