Dövlət Film Fondunda tanınmış kinoaktyor Tələt Rəhmanovun xatirəsi anılıb
Bakı, 3 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Film Fondunda tanınmış kinoaktyor Tələt Rəhmanovun xatirə gecəsi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Tələt Rəhmanovun mənsub olduğu ziyalı ailə haqqında müxtəlif faktları səsləndirərək, bu ailənin əksər üzvlərinin vaxtilə repressiya qurbanı olduqlarını qeyd edib. Eyni zamanda aktyorun Bakı kinostudiyasında fəaliyyətə başlamasının tarixçəsini və bərabər çalışdıqları filmlərdə baş vermiş xatirələri danışıb.
Sonra Xalq artisti, kinoaktyor Rasim Balayev “Babək” filminin ağır çəkilişlərinin həyata keçirilməsində Tələt Rəhmanovun xüsusi xidmətlərindən və çəkiliş əsnasında baş verən maraqlı hadisələrdən bəhs edib.
Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov aktyorla “Sehrli xalat” filminin çəkilişlərində tanış olduğunu və əməkdaşlıqlarının sonralar da davam etdiyini vurğulayıb.
Tədbir boyu Tələt Rəhmanovun çəkildiyi filmlərdən fraqmentlər tamaşaçılara təqdim olunub.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir